Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:05

Ermənistanda hakimiyyət dəyişikliyinin ssenarisi növbəti mitinqdə təqdim olunacaq


Yerevanda mitinq, 10 oktyabr 2014

Yerevanda mitinq, 10 oktyabr 2014

-

Oktyabrın 9-da Yerevanda «hakimiyyət olmayan parlament 3-lüyü»nün mitinqi keçirilib.

Mitinqi Erməni Milli Konqresi, «Çiçəklənən Ermənistan» və «Miras» partiyaları təşkil edib.

İştirakçılar 3-lüyün liderləri – eks-prezident Levon Ter-Petrosian, oliqarx Gagik Tsarukian və keçmiş xarici işlər naziri Raffi Hovanissian-ı alqışlarla qarşılayıb.

Mitinqin əvvəlində «Çiçəklənən Ermənistan»dan Tigran Urikhanyan deyib ki, «bu mitinq Rusiyanın və ya Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulmasının əleyhinə deyil. Bunu belə qələmə vermək istəyən hakimiyyət nümayəndələri var... Bizim problemlər ölkənin daxilindədir. Bu mitinq laqeydlik əleyhinədir».

Mitinqdə çıxış edən deputat Mikael Melkumyan deyib ki, hakimiyyət konstitusiya islahatları ilə ömrünü 20 il də uzatmaq istəyir.

İştirakçılar 3-lüyün liderlərini alqışlarla qarşılayıblar

İştirakçılar 3-lüyün liderlərini alqışlarla qarşılayıblar

«Nə qədər sağıq, vuruşacağıq. Biz hakimiyyətin tam dəyişdirilməsinə gedəcəyik».

Bunu Miras Partiyasından Armen Martirosyan deyib:

«Hakimiyyət bütün cəbhələrdə iflas olub, həm xarici, həm də daxili siyasətdə. Onların getməsini tələb etməyə bizim tam haqqımız var».

Müxalif qüvvələrin mitinqi Yerevanın mərkəzi küçələri ilə ənənəvi yürüşlə başa çatıb.

Aksiyada 15-20 min adamın iştirak etdiyi bildirilir.

Video

Foto
Gagik Tsarukian və Levon Ter-Petrossian

Gagik Tsarukian və Levon Ter-Petrossian

Levon Ter-Petrosian

Levon Ter-Petrosian

Gagik Tsarukian

Gagik Tsarukian

Raffi Hovhannisian

Raffi Hovhannisian

Günün bütün mövzuları

XS
SM
MD
LG