Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:11

Vəkil Əlayıf Həsənovun məhkəməsi keçirilib


-

Oktyabrın 10-da Səbail rayon Məhkəməsi Nuriyyə Hüseynovanın vəkil Əlayıf Həsənova qarşı şikayətinə baxıb.

Vəkil Cavad Cavadovun AzadlıqRadiosuna bildirdiyinə görə, prosesdə işin Yasamal, yoxsa Zərdab rayon Məhkəməsinə göndərilməsi məsələsinə baxılıb:

«Məlumatlın yayılma yeri Zərdab rayonudur. Qanunun tələblərinə uyğun olaraq bu işə Zərdab rayon Məhkəməsi baxmalıdır. Bugünkü məhkəmədə bu məsələ araşdırıldı. Növbəti prosesdə yekun qərar veriləcək».

Növbəti proses oktyabrın 13-də keçiriləcək.

Əlayıf Həsənov həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun hüquqlarını müdafiə edir.

Bakı İstintaq Təcridxanasında Leyla Yunusla bir kamerada saxlanan Nuriyyə Hüseynova Əlayıf Həsənovu böhtan və təhqirdə günahkar bilərək xüsusi ittiham qaydasında məhkəməyə verib. Bir müddət öncə Əlayıf Həsənov Leyla Yunusa istinadla mediaya bildirib ki, Nuriyyə Hüseynova kamerada hüquq müdafiəçisinə fiziki və psixoloji təzyiq edir, qohumlarının gətirdiyi bəzi şeyləri onun əlindən alır. İçəridə söyüş söyür, istirahət etməsinə, yuyunmasına imkan vermir.

Günün bütün mövzuları

XS
SM
MD
LG