Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:18

Ermənistan paytaxtı Yerevanda “hakimiyyət olmayan parlament 3-lüyünün” mitinqi keçirilir. Mitinqi Erməni Milli Konqresi, “Çiçəklənən Ermənistan” və “Miras” partiyaları təşkil edib.

Mitinq gecikmə ilə başlanıb.

İştirakçılar 3-lüyün liderləri – eks-prezident Ter-Petrosyan, oliqarx Qaqik Tsarukyan və keçmiş xarici işlər naziri Raffi Hovanisyanı alqışlarla qarşılayıb.

Mitinqdə çıxış edən deputat Melkumyan deyib ki. hakimiyyət konstitusiya islahatları ilə ömrünü 20 il də uzatmaq istəyir.

“Biz nə qədər sağıq, vuruşacağıq. Biz hakimiyyətin tam dəyişdirilməsinə gedəcəyik” . Bunu Miras partiyasından Martirosyan deyib. “Hakimiyyət bütün cəbhələrdə iflas olub, həm xarici, həm də daxili siyasətdə. Onların getməsini tələb etməyə bizim tam haqqımız var”.

Günün bütün mövzuları

XS
SM
MD
LG