Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:19

«Xəlvətdə qalmış müdrik» sənədli filminin təqdimatı olacaq


“Xəlvətdə qalmış müdrik” filminin posteri
“Xəlvətdə qalmış müdrik” filminin posteri

-

Oktyabrın 14-də saat 19:00-da Nizami Kino Mərkəzində dövlət sifarişi ilə "Yaddaş" studiyasında çəkilmiş "Xəlvətdə qalmış müdrik" sənədli filminin təqdimatı olacaq.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, film görkəmli sufi filosofu, Xəlvətilik təriqətinin yaradıcılarından biri Seyid Yəhya Bakuviyə həsr olunub.

Filmin rejissoru Adil Azay, ssenari müəllifi Orxan Fikrətoğlu, operatoru Rüfət Süleymanov, dekor və geyim üzrə rəssamı Şahin Həsənli, Tural Bakuvi, məsləhətçisi Zöhrə Əliyeva, redaktoru Elşad Ərşadoğlu, icraçı prodüseri Abdulnəsir Kutiyev, prodüseri Cavid İmamverdiyevdir.

Filmdə Novruz Cəfərov, Mirzə Ağabəyli, Kamran Yunis, Namiq Ağayev və başqa aktyorlar çəkiliblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG