Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:23

Bakının Bilgəh qəsəbəsindəki bankomatın partladıladılması və pul oğurluğu hadisəsi ilə bağlı cinayət işi açılıb.

Daxili İşlər Nazirliyin məlumatına görə, hadisə ilə bağlı oktyabrın 10-u, saat 05:00 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə məlumat daxil olub.

Araşdırmalar zamanı Üzeyir Hacıbəyov küçəsində yerləşən mağazanın önündə Beynəlxalq Banka məxsus bankomatın partladılması və içərisində pul olan qutunun aparılması müəyyən edilib.

Mağazanın mühafizəçisi İkram Mirzəyev izahatında 3 maskalı şəxsin avtomat silahla onu hədələyərək əl-ayağını yapışqanlı lentlə bağlayıb “VAZ-2107” markalı avtomobilin yük yerində apardığını və bir neçə dəqiqədən sonra yenidən mağazanın qarşısında düşürdüyünü bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG