Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:44

MDB-də sədrlik Qazaxıstana keçdi


Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, MDB dövlət başçılarının növbəti iclası gələn ilin sentyabr-oktyabr aylarında Astanada olacaq.

“Biz razılaşdıq ki, gələn il sədrlik Qazaxıstana keçsin və 2015-ci ilin sentyabr-oktyabr aylarından növbəti iclası Astanada keçirək. Dəqiq tarixi sonra açıqlayacağıq”

A. Lukaşenko əlavə edib ki, MDB-nin inkişaf konsepsiyası çərçivəsində kifayət qədər işlər görülüb, amma elmi sahədə əməkdaşlığın səviyyəsi yetərincə deyil.

MDB-nin 2014-cü il sədrliyi sıra qaydası ilə Ukraynaya keçsə də, Krımın Rusiya tərəfindən ilhaqından sonra rəsmi Kiyev bu öhdəlikdən imtina edib.

Belarusun paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələrin dövlət başçılarının iclasında Ukrayna prezidenti Poroshenko iştirak etmirdi.

Belarus, Azərbaycan, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Ermənistan və Moldova prezidentləri isə iclasda iştirak edirdi.

Ümumilikdə gündəlikdə 17 sənəd layihəsi var idi.

XS
SM
MD
LG