Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:09

Meksika bir həftədə ikinci narkobaronu həbs etdi


 Vicente Carrillo
Vicente Carrillo

Meksika bir vaxtlar hamının qorxduğu Juarez narko kartelinin başçısını həbs edib. O, son bir həftədə tutulan ikinci narkobarondur.

Juarez kartelinin başçısı Vicente Carrillo rəqib kartelin başçısı Joaquin “Qısa” Guzmanın uzun illər düşməni olub.

Guzman fevral tutulana qədər dünyanın ən çox axtarılan narbaronu idi.

İki kartel arasında 2009-2011-ci illərdə gedən müharibə Meksikanın ABŞ-la sərhəddində qırğına gətirdi.

Carrilo Torreon şəhərində həbs olunub.

ABŞ Carrillo-nun “başına” 5 milyon dollar mükafat qoyub.

XS
SM
MD
LG