Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:46

Müdafiə Nazirliyində nizam-intizam müzakirə olunub


Hərbi hissə,Azərbaycan

Hərbi hissə,Azərbaycan

Oktyabrın 10-da Müdafiə Nazirliyində Silahlı Qüvvələri qarşısında qoyulan tapşırıqların həlli ilə bağlı toplantı keçirilib.

Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə keçirilən toplantıda müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, birlik komandirləri və digərləri iştirak ediblər.

Müşavirədə Silahlı Qüvvələrin növlərinin çöl, uçuş və dəniz təlim bacarıqları, döyüş və əməliyyat hazırlığı, müdafiənin gücləndirilməsi, qoşun və qüvvələrin hərtərəfli təminatı, qoşunların və silahların idarəetmə sistemi, kadrların hazırlığı və şəxsi heyətin sosial müdafiəsi, nizam-intizamın daha da yüksəldilməsi məsələləri geniş təhlil edilərək istiqamətlər üzrə vəzifələr müzakirə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG