Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:03

UEFA növbəti mövsümdən Çempionlar Liqası qrup mərhələsinin püşkatmasında dəyişiklik edəcək.

"Football İtalia" saytının yazdığına görə, bu barədə UEFA-nın baş katibi Canni İnfantino məlumat verib.

Onun sözlərinə görə yeni mövsümdən I səbətdə olacaq 8 komandadan 7-si UEFA-nın reytinqində ilk yeddiliyə daxil olan ölkələrin çempionları olacaq.

Həmin səbətə qitənin ən mötəbər turnirinin son qalibi də əlavə ediləcək.

Ən güclü çempionat FİFA-nın aylıq reytinqinə əsasən müəyyənləşəcək.

Hazırkı sistemə görə, komandaların səbətlərə bölüşdürülməsi son 5 ildəki çıxışa görə aparılır və ilk olaraq püşk zamanı yüksək reytinqli komandalar I səbətdə yer alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG