Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:00

DİN sözçüsü Oqtay Gülaliyevin oğlu ilə bağli açıqlama yayıb


 Oqtay Gülaliyev

Oqtay Gülaliyev

Daxili İşlər Nazirliyi, Milli Şura Mətbuat Xidmətinin rəhbəri Oqtay Gülalıyevin oğluna qarşı qaldırılmış cinayət işi ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bəzi KİV-lərdə bu işin siyasiləşdirilməsini yolverilməz hesab edir:

“Atası Oqtay Gülalıyevin və yaxınlarının müxtəlif kütləvi informasiya vasitələrinə verdikləri açıqlamalarda, xuliqanlıqda ittiham edilən Əlgüşad Gülalıyevin günahsız obrazının formalaşdırılmasına səylər göstərilir. Bəzi KİV-lərin zərərçəkən Bayram Soltanlının şikayət ərizəsini məktəb direktorunun israrı ilə yazması barədə “etiraf”ları da uydurmadır. Onun anası Xətai Rayon Polis İdarəsinin 37-ci bölməsinə ərizə ilə müraciət edib və məsələ ilə bağlı həmin bölmədə müvafiq araşdırma aparılıb. Toplanmış materiallarda cinayət tərkibi olduğuna görə iş istintaqa göndərilib. Daha sonra B.Soltanlı Xətai RPİ-nin istintaq şöbəsinə dəvət edilərək hadisə ilə bağlı ifadə verib və Ə.Gülalıyev tərəfindən xuliqanlıq zəminində döyüldüyünü vurğulayıb”.

Nazirlik sözçüsü Əlgüşad Gülalıyev haqda cinayət işinin gec açılması, istintaqın niyə məhz Bakı Şəhər Baş Polis İdarəsinə həvalə olunmasına da aydınlıq gətirib:

“Ə.Gülalıyevə qarşı törədilmiş cinayət işinin istintaqı ilə onun B.Soltanlını döyməsi faktı paralel şəkildə araşdırılıb. Eyni zamanda məhz Oqtay Gülalıyevin Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciətlərindən sonra, təqsirləndirilən Rəşad Şirinov bir qrup şəxslə digər cinayətlər törətdiyinə, həmin faktlarla bağlı üç cinayət işi istintaq olunduğuna görə hər iki işin araşdırılması paytaxt polisinin istintaq aparatına tapşırılıb”.

Ötən il sentyabrın 24-də Oqtay Gülalıyevin 17 yaşlı oğlu Əli Gülalıyevi təhsil aldığı orta məktəbdə 3-4 nəfər döyüb. Sonra isə o, bıçaqlanıb. Oqtay Gülalıyev oğlunun bıçaqlanması ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etmişdi.

Oqtay Gülalıyev oğluna qarşı qaldırılan iddianı özünün siyasi fəaliyyəti ilə əlaqələndirir.

O, mətbuata açıqlamalarında bu işin qurama , oğlunun döyüldüyü halda ona qarşı cinayət işinin açılmasını özünə qarşı təzyiq olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG