Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:31

ID yaraqlılar Kobani şəhərinin 40 faizini tutub


Suriya fəallarının məlumatına görə, İslam Dövləti yaraqlıları Kobani şəhərinin içərilərinə doğru irəliləyib.

Suriya İnsan Haqları Müşahidəsi təşkilatı bildirir ki, İD yaraqlıları şəhərin azı 40 faizini tutub.

Londonda qərarlaşan təşkilatın məlumatına görə, İD yerli kürd administarsiyası olan ərazini bütünlüklə tutub.

Cenevrədə BMT səfiri Staffan de Mistura Türkiyəni könüllülərin Suriya sərhəddini keçməsinə imkan verməyə çağırıb. O deyib ki, bununla mümkün qırğının qabağı alına bilər.

De Misturanın sözlərinə görə, 700-ə qədər yaşlı adam hələ də şəhərin mərkəzindədir, 10-13 min adam isə şəhərin mərkəzi ətrafındadır.

XS
SM
MD
LG