Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:46

-

Elçin Musaoğlunun “Nabat” filmi Amerika Kino Akademiyasının məşhur və nüfuzlu mükafatı olan “Oskar”a təqdim olunub.

Xəbəri C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasına istinadla AzərTAc yayıb.

Xəbərdə bildirilib ki, dünya premyerası sentyabrın 5-də 71-ci Venesiya Beynəlxalq Film Festivalında baş tutan ekran əsəri bir çox nüfuzlu beynəlxalq film festivallarına dəvət alıb.

Filmin dünya üzrə distribütoru “Dreamlab Films”dir.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında çəkilən “Nabat” filmi Qarabağ müharibəsindən bəhs edir.

Ekran əsərinin baş qəhrəmanı Nabat Qarabağın müharibə zolağında olan dağ kəndlərindən birində yaşayır. Kəndin olan-qalan sakinləri növbəti güclü atəş yağışından sonra tamamilə evlərini tərk edirlər. Nabat isə xəstə həyat yoldaşını və şəhid oğlunun məzarını qoyub heç yana getmir. Hər axşam bu qəhrəman qadın kəndin məscidində və bütün evlərdə neft lampaları yandırır. Hər gecə yanan lampaların işığını görən işğalçı kəndə girməyə qorxur. Qarşı tərəfsə yanan lampaları görb kəndin işğal olunduğunu düşünür...

Film Azərbaycan qadınının şücaətini, dözümlülüyünü, qəhrəmanlığını bir daha təsdiq edir.

Tammetrajlı bədii filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan NəbiyevElçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG