Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:25

«Səmimi deyək ki, bu gün İslamın problemi var»-Mətbuat icmalı


Misirdə nümayişçi bir əlində aypara, bir əlində xaçla
Misirdə nümayişçi bir əlində aypara, bir əlində xaçla

-

İslamı tənqid edənlərə müsəlmanlar nə cavab verir?

Son 70 ilə qədər İslam Xristianlıqdan daha tolerant idi.

Bəs sonra nə oldu?

Afrikada Eboladan ölənin basdırılmağı da təhlükə mənbəyidir.

Varlı balalarının İnstagram səhifəsi bağlandı.

Dünya mediası bu gün nədən yazır?

Müsəlmanlar öz dinlərini ekstremistlərdən müdafiə etməlidirlərmi? New York Times qəzeti öz səhifələrində belə bir debat açıb. İslam Dövləti təşkilatının ayağa qalxması, gənclər arasında ekstremizmin yayılması dünyada hətta liberal adamlar arasında islama qarşı qınaq yaradıb ki, İslamın özü dözümsüzdür və zorakıdır.

ABŞ-ın Delaver Universitetinin professoru Muqtedar Khan yazır ki, Al Qaida, Boko Haram, İslam Dövləti – bütün bunlar hamısı müsəlman elkstremist təşkilatlarıdır. Onların meydana gəlməyinin səbəbləri çoxdur. O cümlədən hökumətlərin pis idarəçiliyi, demokratiyanın olmamağı, geosiyasət, dözümsüzlük mədəniyyəti və s.

Müsəlman ölkələri nə bu ekstremizmlə mübarizə apara bilir, nə də bunu təhlükə elan edə bilirlər. Əksinə, bəzi ölkələr bu erkstremizmdən öz geosiyasi maraqları üçün istifadə etmək istəyir. Geosiyasi korluq əsas problemdir. Müəllif yazır ki, İslam liderləri zorakılığı pisləyəndə onlar gərək buna fitva verən din alimlərini də ittiham edələr.

Müsəlman alimlər isə ekstremizmi pisləyirlər, ancaq onların da ən böyük səhvi odur ki, bu ittiham siyasi müstəvi ilə məhdudlaşır. Onlar bunun əsasında duran dini ekstremizmi də pisləməlidirlər.

SON 70 İLƏ QƏDƏR İSLAM XRİSTİANLIQDAN DÖZÜMLÜ İDİ

Farid Zakaria Washington Post qəzetində yazır ki, əgər səmimi olsaq, deməliyik ki, İslamın hazırda problemi var.

Həftəlik televiziya proqramının aparıcı Bill Maher dedi ki, “Müsəlman dünyasının İslam Dövləti ilə ümumi cəhətləri çoxdur”, verilişdə qonaq olan Sam Harris isə bildirdi ki,

“İslam bəd ideyaların anasıdır”. Zakaria yazır ki, onların niyə belə demələrini başa düşür - Maher və Harris sadələşdirirlər və şişirdirlər.

Ona görə bir az real məsələlərdən danışmaq lazımdır.

İslamın bu gün problemi var. Bu günki dünyaya uyğunlaşa bilməyən yerlərin əksəriyyəti müsəlmanlar yaşayan yerlərdir.

2013-cü ildə dünyada 10 ən qatı terrorçu qrupdan 7-si müsəlman qrupu idi. Dünyada ən güclü terror törədilən 10 ölkədən 7-si müsəlman ölkəsidir.

Rew Araşdırma mərkəzi dünyada hökumətlərin insanların öz dinlərinə sərbəst qulluq eləyə bilməsini məhdudlaşdırmasını araşdırıb. Məlum olub ki, insanların öz dinlərinə sərbəst qulluq edə bilmədiyi birinci 24 ölkədən 19-su müsəlman ölkəsidir. Bu gün İslam daxilində ekstremizm xərçəngi var.

Zakaria yazır ki, “Bu günki İslam” ifadəsi çox mühümdür. Çünki Maher və Harrisin səhvi ondadır ki, onlar ümumiyyətlə İslamı ittiham edirlər. Problem isə İslamın bu günki vəziyyətyindədir.

Zakaria yazır ki, Harris fəlsəfə elmləri doktorudur, özünü analitik sayır. Ancaq o, Zachary Karabellin “İslam, Xristianlıq və Yəhudi konfliktinin və əməkdaşlığının 14 əsri” kitabını oxusun. Karabellin özü Zakaria-ya deyib ki, “əgər son 70 ili istisna etsək, İslam dünyası dini azlıqlara daha tolerant, dözümlü olub, nəinki Xristian dünyası”. Buna görədir ki, 1 milyon yəhudi 1950-ci illərin ortalarına qədər ərəb dünyasında sərbəst yaşayırdı,təkcə İraqda 200 min yəhudi yaşayırdı.

PUTİN RUSİYANI ENİŞƏ APARIR

Financial Times qəzeti yazır ki, Putin Rusiyanı təklənməyə və enişə aparır. Rusiyanın Ukraynadakı hərəkəti Kremlin dünyaya baxışının dəyişdiyini göstərir.

Qəzet Rusiyalı oliqarx, milyarder Yevtushenkovun ev dustağı edilməsinə maraqlı izah verir. Yevtushenko heç vaxt Putinə qarşı çıxmayıb. Onun indi dustaq edilməsi onu ehtimal etməyə əsas verir ki, Putinin ətrafında olan yaxın oliqarxlar sanskiyalardan dəyən ziyanı bu yolla kompensasiya etmək istəyirlər. Onlar bir az uzaq olan oliqarxların sərvətini əlindən almaq istəyirlər. Bu isə artıq xəbərdarlıqdır və biznes adamlarında narahatlıq yaradır.

Bir çoxları pullarını xaricə köçürür. Bu ilin əvvəlindən xaricə 120 milyard dollar köçürülüb. Rubl 1998-ci il böhranından bəri hələ belə aşağı həddə düşməmişdi. Neftin qiyməti düşür və Rusiya öz büdcəsini güclə tarazlayır. Neftin qiyməti belə düşsə, büdcəni tarazlamaq mümkün olmaycaq. Qəzet birmənalı şəkildə bildirir ki, təklənmiş , avtokratik və qarşıdurma yolu Rusiya üçün ağrılıdır və qətiyyən məqbul deyil.

İQTİSADİYYAT ZƏİFDİR

Dünya iqtisadiyyatı düşünüldüyündən zəifdir. Bunu Economist jurnalı yazır.

İqtisadi artım ABŞ-da və Britaniyada sağlamdır. Qalan yerlərdə problem var. Gələn xəbərlər pisdir və getdikcə pisləşir. İtaliya iki ildir ki, tənəzüldədir, Fransa iqtisadiyyatı 4 aydır ki, yerində sayır. Almaniya iqtisadiyyatında problem yaranır.

EBOLA VƏ MƏDƏNİ ƏNƏNƏLƏR

Ebola niyə belə təhlükəlidir? BBC News əvvəla xatırladır ki, Ebola ilk dəfə 1976-cə ildə Konqo Demokratik Respublikasında peyda olub və daha sonra yazır ki, mədəni ənənələr də Ebolanın yayılmağına səbəb olur. Mart ayında Liberiya səhiyyə naziri məsləhət gördü ki, əllə görüşməyi, öpüşməyi tərgitsinlər.

Ən böyük təhlükələrdən biri Eboladan ölənin dəfnidir. Afrika ölkələrində ölən adamın bədəni yuyulur ki, bu zaman ona toxunurlar. Onunla vidalaşanda da onun bədəninə toxunanlar, qucaqlayanlar və hətta öpənlər çox olur. Ölən qadınların saçları daranır, ölən kişilərin başı qırxılır.

VARLI BALALARININ İNSTAGRAMI

İranda varlı balalarının İnstagram səhifəsi bağlanıb.Onlar burda özlərinin bahalı evlərinin, minik avtomobillərinin və ümumiyyətlə, necə varlı yaşadıqlarının şəkillərini qoyurdular.

Guardian qəzeti yazır ki, “Tehranın varlı uşaqları” səhifə foto mübadiləsi serverində sentyabrda yaradılımışdı. Bunun 100 min izləyicisi vardı.

Onlar burda öz Ferrari maşınlarının, bahalı İsveçrə saatlarının şəklini qoymaqlarını belə izah edirlər ki, İranda fərqli yaşaynlar olduğunu dünyaya göstərsinlər.

İran hakimiyyətinə yaxın olan weblognews.ir saytı yazır ki, bu serveri “vulqar məzmununa” görə bağlayıblar.

XS
SM
MD
LG