Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:27

Bakıda marketdə baş verən partlayışla bağlı cinayət işi açılıb


Bakı, “Army” marketdə baş verən partlayış

Bakı, “Army” marketdə baş verən partlayış

Bakı şəhər Baş Polis İdarəsi və Şəhər prokurorluğu “Army” marketdə baş verən partlayışla bağlı birgə məlumat yayıb.

“Army market”də baş verən partlayışla bağlı cinayət işi açılıb. Bu barədə Bakı şəhər Prokurorluğundan APA-ya məlumat verilib. Məlumatda deyilir ki, oktyabrın 8-də axşam Binəqədi rayonu, Biləcəri dairəsi adlanan ərazidə yerləşən yeni tikilmiş hündür mərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Army” marketin ərzaq anbarında, ilkin ehtimala görə, qaz sızması nəticəsində partlayış baş verib.

22 yaşlı Ehtiram Əhmədov ölüb, 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Yaxınlıqda olan avtomobillərə ziyan dəyib.

Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG