Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:30

İpoteka kreditləşməsi azalıb


Azərbaycan İpoteka Fondu (AİF) yanvar-avqustda 73,2 mln manat (mənfi 7,5%) ipoteka krediti verib. Xəbəri Turan informasiya agentliyi yayıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, avqustda Fondun müvəkkil bankları 6,5 mln manat (orta hesabla 200 mənzil, - Turan) kredit verib. Təkrarmaliyyələşmə 78,5 mln manat təşkil edib.

8 ayda AİF-in 40 mln manatlıq istiqrazları yerləşdirilib. Bu dövrdə Fond büdcədən sosial ipoteka üçün 20 mln manat alıb. İpoteka kreditləşməsinin piki apreldə olub –14,6 mln manat.

İlk dəfə mərkəzləşdirilmiş ipoteka kreditləşməsinə 2006-cı ilin martında başlanılıb. Təkrar maliyyələşmə üçün vəsait olmadığına görə 2007-ci ildə o dondurulub. İki il sonra kreditləşmə bərpa edilib. Bərpadan sonra dövlət təkcə sosial ipotekaya yardım edir. Kommersiya ipotekası AİF istiqrazlarının buraxılışı hesabına maliyyələşir. AİF-in agentləri 28 bankdır. İpoteka kreditləri Azərbaycan vətəndaşlarına, 50 min manata qədər, 25 ilədək müddətə, illik 8%-dən çox olmamaqla verilir. Güzəştli kreditlər 50 min manatadək, 30 ilə qədər müddətə, illik 4%-dək dərəcə ilə verilir.

Azərbaycan İpoteka Fondu 2013-cü ildə 112,9 mln manat kredit verib. Hər il sosial ipotekaya 40 mln büdcə vəsaiti ayrılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG