Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:44

ATƏT: Martdan Donbassda 1.500 nəfər ölüb


Ukraynanın Donetsk vilayətində silahlı münaqişədə martın 13-dən oktyabrın 8-dək 1.500-dək həlak olan var, onlardan 21-i uşaqdır.

ATƏT-in oktyabrın 9-da açıqladığı hesabatda belə deyilir.

Missiya təmsilçiləri Donetsk morquna baş çəkib, məhkəmə-tibbi ekspertiza bölməsinin rəhbəri ilə danışıb. ATƏT ekspertləri bildirir ki, ölənlərin identifikasiya və dəfn prosesi lazımlı yolla aparılır, bütün informasiyalar isə məlumatlar bazasına əlavə olunur.

BMT-nin oktyabrın 6-da açıqladığı məlumata görə, yarım il ərzində Ukraynanın şərqində münaqişədə 3.660 nəfər ölüb və 8.756 nəfər yaralanıb.

BMT-nin ümumi dəyərləndirməsinə görə, Ukraynanın şərqində zorakılıqlardan 5 milyona yaxın zərərçəkən var.

Ukraynada bir aydır atəşkəsdir. Ancaq tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG