Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:29

Türkiyənin şərqində 2 polis öldürülüb


Kürd etirazçılarının türk polisi və əsgərləri ilə qarşıdurması. Türkiyə,Şanlıurfa

Kürd etirazçılarının türk polisi və əsgərləri ilə qarşıdurması. Türkiyə,Şanlıurfa

Türkiyənin şərqində iki polis əməkdaşı öldürülüb, biri yaralanıb.

CNN Türk televiziyası xəbər verir ki, onlar oktyabrın 9-da Bingöl vilayətində hücuma məruz qalıblar.

Polislər həftənin əvvəlində keçirilən etirazlar zamanı ziyan dəymiş mağazaları yoxlayırmışlar.

Hadisə ilə bağlı əlavə bilgi verilmir. Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Bu həftənin əvvəlində minlərlə kürd etiraz aksiyası keçirib, Ankaranın Suriyanın Kobani kürd şəhərinə yardım etmək istəməməsini bildiriblər. Həmin etirazlarda azı 25 nəfər həlak olub.

Kobani bir neçə həftədir İslam Dövləti yaraqlılarının mühasirəsindədir.

XS
SM
MD
LG