Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:18

Oktyabrın 9-da ABŞ ordusu Kobani şəhəri ətrafında İslam Dövləti (İD) hədəflərinə hava zərbələrini daha da gücləndirib. ABŞ Mərkəzi Komandanlığı bildirib ki, Kobaninin cənubuna 6 hava zərbəsi İD-in 1 böyük, 2 kiçik bölməsini, 2 binasını, tank və ağır pulemyotunu sıradan çıxarıb.

Kobaninin şimalına endirilən 3 zərbə ilə də bir neçə obyektin məhv edildiyi bildirilir.

Lakin yeni zərbələrə baxmayaraq, Suriya İnsan haqları təşkilatı bildirir ki, İD yaraqlıları oktyabrın 9-da irəliləyib və hazırda Kobaninin üçdə birinə nəzarət edir.

Kobaninin kürd döyüşçülərinin komandiri deyir ki, cihadçı yaraqlılar yaxşı silahlanıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG