Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:16

Ebolaya tutulduğu güman edilən britaniyalı Makedoniyada ölüb


Ebola virusu

Ebola virusu

Ebola virusunun simptomları olan britaniyalı Makedoniyada ölüb. O, oktyabrın 9-da, paytaxt Skopjedə xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Səhiyyə Nazirliyindən Dr. Jovanka Kostovska deyib ki, həmin şəxsin qızdırması olub, qaytarıb, daxili qanaxma baş verib və durumu sürətlə pisləşib. Qan nümunələri yoxlanmaq üçün Almaniyaya göndərilib.

Onun qaldığı otel bağlanıb, daha bir britaniyalı və otel işçiləri içəridə qalıb.

Eboladan Qərbi Afrikada 4 minədək adam həlak olub. Afrikadan kənarda Ebolaya yoluxmuş ispaniyalı tibb bacısının durumu oktyabrın 9-da pisləşib. Madriddə ümumilikdə yeddi nəfər təcrid olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG