Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:25

Hüseyn Arabul üzləşdiyi problemləri rüşvət verməməsilə izah edir


«Barmek» şirkətinin prezidenti Hüseyn Arabul, 29 mart 2006
«Barmek» şirkətinin prezidenti Hüseyn Arabul, 29 mart 2006
«Beynəlxalq Şəffaflıq» Təşkilatının oktyabrın 4-də açıqladığı hesabatda rüşvət verən şirkətlərin mənsub olduğu ölkələrin adları açıqlanıb. Bu siyahıda Azərbaycanın adı yoxdur. «Şəffaflıq Azərbaycan» Təşkilatının rəhbəri Rəna Səfərəliyeva düşünür ki, Azərbaycanın adının həmin hesabatda olmaması əslində, bu ölkənin xarici dövlətlərdə fəaliyyət göstərən və həmin ölkələrin hökumətlərinə, məmurlarına rüşvət verə biləcək tarnsmilli şirkətinin olmaması ilə bağlıdır: «Bizdə elə bir beynəlxalq şirkət yoxdur ki, hansısa xarici ölkənin məmurlarına rüşvət verə biləcək gücdə olsun».

Bəs, Azərbaycandakı şirkətlər rüşvət verməyə özləri təşəbbüs göstərirlər, yoxsa fəaliyyət göstərmək üçün başqa yol qalmır? Hazırda Azərbaycandan getməyə hazırlaşan Türkiyənin «Barmek» şirkətinin prezidenti Hüseyn Arabul indiyə qədər üzləşdiyi problemlərin hamısını elə heç kimə rüşvət verməməsilə izah edir:


«Məni rüşvət vermədiyim üçün dəstəkləyənlər oldu, başda Heydər Əliyev olmaqla. Biz də onun verdiyi tapşırıqla bu günə qədər gəldik. Amma burda hər şey bitdi»
«Rüşvət istəyənlərlə qarşılaşmadım desəm, inandırıcı olmaz, amma rüşvət verdimmi deyə, soruşsanız, zatən rüşvət vermədiyim üçün bu gün Azərbaycanda qalmağımı istəmirlər desəm, zənn edirəm bu, inandırıcı olar».

Cənab Arabul deyir ki, bir neçə nazirlik səviyyəsində şirkətin əməkdaşlarından rüşvət istənilib. 2.000-100 min dollar arasında. Vaxtilə rüşvət vermədiyinə görə, onu dəstəkləyənlərin də olduğunu deyən cənab Arabul, bildirir ki, indi hər şey dəyişib: «Məni rüşvət vermədiyim üçün dəstəkləyənlər oldu, başda Heydər Əliyev olmaqla. Biz də onun verdiyi tapşırıqla bu günə qədər gəldik. Amma burda hər şey bitdi».


Türkiyənin iş adamlarının üzləşdiyi hallar təkcə «Barmek»lə bitmir. Sadəcə, digər şirkətlər bu barədə açıq danışmaq istəmirlər. Hələ bir qədər əvvəl Türkiyənin Azərbaycandakı səfirinin təhsil üzrə müşaviri Səlahəddin Dikmən təhsil sahəsindəki rüşvət hallarından danışmışdı. Müxtəlif ünvanlara etdiyi müraciətlər nəticəsiz qaldığından o, öz ölkəsinə Azərbaycanın bəzi ali məktəblərinə tələbə göndərməməyi tövsiyə etmişdi.


Bugünlərdə isə yerli sahibkarların üzləşdiyi problemlərlə bağlı hesabat açıqlayan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının rəhbəri Ələkbər Məmmədov da Azərbaycandakı əcnəbi şirkətlərin rüşvət mövzusunda olduqca ehtiyatlı danışdıqlarını deyir. Buna görə də o, xarici şirkətlərin rüşvət verməyə məcbur edilməsi və ya özlərinin buna cəhd etmələri barədə birmənalı fikir yürütməkdə çətinlik çəkir.


Amma ölkədə fəaliyyət göstərən əcnəbi şirkətlərin heç də hamısı onlardan rüşvət tələb edilməsi fikriylə razı deyillər. Məsələn, Türkiyə Sənayeçiləri və İş Adamları Birliyinin üzvü Volkan Keser deyir ki, hələlik Azərbaycanda heç bir problemlə üzləşməyiblər.


Əslində, ümumiləşdirmə aparanda konkret bir fikir demək olmur ki, hansısa şirkətin rüşvət verməsi onun başqa çıxış yolunun qalmaması ilə bağlıdır, yoxsa, onlar işlərinin tez və etibarlı görülməsi üçün rüşvət verməkdə maraqlı olurlar.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG