Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:20

-

Amerikalı aktyor, ssenarist, rejissor, “Oscar” mükafatlı Ben Affleck teleşouda İslam haqqında səslənən tənqidlərə sərt reaksiya verib.

Bill Maher, HBO kanalında aparıcısı olduğu “Real Time” satirik proqramında İslamı mafiya ilə müqayisə edib.

Deyib ki, İslam yeganə dindir ki ona qarşı çıxanları, “yanlış söz işlədənləri” “yanlış rəsm çəkənləri”, “yanlış kitab yazanları” öldürür.

(Ardı aşağıda)

Verilişin başqa bir qonağı, neyrobiologiya mütəxəssisi olsa da, sosial mövzularda da yazılar yazan Sam Harris isə “islamofobiya” termininə qarşı çıxıb. Deyib ki, hər bir dini tənqid etmək olar, amma İslamın doktrinasını tənqid edən kimi bunu nəyə görəsə gerizəkalılıq adlandırırlar. Onun fikirincə, bu, gülünc yanaşmadır.

Bu yerdə Ben Affleck müdaxilə edərək “Dayanın görək, siz doğrudanm İslamın doktrinasını təfərrüatı ilə bilirsiniz?” deyib. O həm Maher, həm də Harris-i müsəlmanlara qarşı önyarğıda, onların hamısını ümumiləşdirməkdə qınayıb: “Bu, vulqar yanaşmadır, irqçilikdir. Bu, “ax, səni xəsis yəhudi” demək kimidir”. Ya da qaradərililərin hamısını zorakı adlandırmaq kimi.

Maher isə öz fikirini əsaslandırmaq üçün deyib ki, “aparılmış sorğuların nəticələrinə görə", müsəlmanların 20 faizi “kafirləri öldürmək istəyən cihadçılar və nisbətən yumşaq mövqedə dayanan radikallardan ibarətdir”, qalan 80 faiz isə insan haqları, qadınlar və homoseksuallar haqda narahatlıq doğuran düşüncəyə malik mühafizəkarlardır.

Ben Affleck buna da sərt reaksiya verib. Deyib ki, radikallar var, amma “1 milyarddan artıq dinc müsəlman da var ki, fanatik deyil, məktəbə getmək, təhsil almaq istəyir”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG