Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:35

Dünyanın ən məşhur «etirazçı» köpəyi Loukanikos öldü...


Yuanıstan, Afina. 5 oktyabr 2011. Loukanikos
polislərlə üzbəüz

Yuanıstan, Afina. 5 oktyabr 2011. Loukanikos polislərlə üzbəüz

-

Yunanıstanın, bəlkə də dünyanın ən məşhur “etirazçı” köpəyi Loukanikos öldü...

Onun ölümü də insan ölümünə bənzəyir. Yerli rəsmilərin məlumatına görə, Loukanikos ürək tutmasından ölüb.

Yunanıstanda iqtisadi böhran vaxtı hökumətin qənaət planına kütləvi etirazlar olanda o dövrün fotolarında, videolarında bir köpək tez-tez gözə dəyirdi.

2010-2012-ci illər arası demək olar ki, bütün etrazlarda “iştirak edən” Loukanikos o qədər məşhurlaşmışdı ki, Time jurnalı 2011-ci ildə onun jurnal üçün xüsusi çəkilmiş portreti də daxil, 10 müxtəlif şəkillərini verdi (yeri gəlmişkən, bunlara baxa bilərsiniz). Time jurnalı həmin il “ilin heyvanı” nı elan edəndə Loukanikos ikinci olmuşdu. Birinci yeri tutan isə Osama Bin Ladeni zərərsizləşdirən ABŞ dəniz piyadalarını müşayət edən ordu köpəyi idi.

Afinada şəhər baytarlıq xidmətinin veterinarı Anna Makri Reuters agentliyinə deyib ki, Loukanikos “ yunan idi. O, baş əymək istəməyən yunanların narahatçılığını ifadə edirdi.”

Anna Makri deyir ki, “həkim diaqnozuna görə o, qəflətən ölüb, ürək tutmasından”.

Solçu Avgi qəzeti bildirir ki, hökumət əleyhinə etirazlar vaxtı polisin həmişə işlətdiyi gözyaşardıcı qaz Loukanikosun səhhətini korladı. Onun indiki ölümünün səbəbi də məhz o vaxtdan pozulan sağlamlığıdır.

Avgi yazır ki, Loukanikos Afinanın mərkəzində təpənin üstündə bir ağacın altında dəfn olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG