Keçid linkləri

Təcili xəbərlər

İPhone-da Azərbaycan əlifbası!


Foto: Labrin.net
Foto: Labrin.net

-

İphone telefonlarında- iOS 8-dən (operating system - əməliyyat sistemi)i istifadə edənlər üçün Azərbaycan klaviaturası hazırlanıb.

«Labrin.net» komandasının proqramçısı Amid Quliyev deyir ki, əvvəlki İOS-da sistem klaviaturasına alternativ əlavələr yazmaq mümkün deyildi.

Amidin sözlərinə görə, klaviyaturalar siyahısında Azərbaycan dili yox idi:

«Hazırlanan program hələlik birinci versiyasıdır. Gələcək update-lərdə daha da inkişaf etdiriləcək. Əvvəllər Azərbaycan dili olmadığı üçün istifadəçilər hərfləri tapmaq problemi yaşayırdılar və yaxud başqa programlarda azərbaycanca yazıb «copy paste» edirdilər. iOS8 ilə sistem klaviaturasına alternativ klaviaturalar yazmaq imkanı gəldi. Hazırladığım klaviyaturanın üstünlüyü pulsuz və iPhonun doğma klaviaturasına bənzər olmasıdır».

Amid Quliyev Android sistemləri üçün də ilk dəfə Azərbaycan dili klaviaturası hazırlamışdı

İOS8 üçün Azərbaycan dilli klaviyaturanı burdan yükləyə bilərsiz:

Ən son yazılan

XS
SM
MD
LG