Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:05

Almaniya polisi İrandan gələn yük maşınında 330 kq heroin tutub


Heroin bu bankaların içində olub

Heroin bu bankaların içində olub

Almaniya polisi oktyabrın 9-da bildirib ki, İrandan bankalarda konservləşdirilmiş xiyar və sarımsaq gətirən yük maşınında 330 kq heroin tapıb.

Heroin bu bankalara qablaşdırılıb.

Polis tapılan heroinin çox yüksək səviyyəıdə emal olunduğunu və bunun küçədə satış qiyməti ilə 50 milyon avro dəyərində olduğunu bildirib.

Almaniya polisi bütün 2013-cü il boyu bu qədər heroin tutmayıb.

Yük maşını Essen şəhərində sentyabrın 22-də saxlanıb. Avropa Birliyi həmin vaxt üzv ölkələrdə mütəşəkkil cinayətkarlıqğa qarşı əməliyyat keçirirdi.

Yükün çatmalı olduğu iki qardaş Essendə və Kölndə iş adamlarıdır, onlar həbs olunub.

Yanvar ayında Almaniya polisi 45 kq heroin tutmuşdu. Həmin heroin 9 İran xalçasının içində idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG