Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:50

Estoniya eyni cinsdən olanlarln nikahına icazə verdi


Argentinada evlənən rus cütlüyü- Eremeyev və Zaytsev. fevral 2014-cü il

Argentinada evlənən rus cütlüyü- Eremeyev və Zaytsev. fevral 2014-cü il

Estoniya eyni cinsdən olanların nikahına icazə verən ilk keçmiş sovet respublikası oldu. Parlamentdə 38 səsə qarşı 40 səslə mülki partnyorluq aktı qəbul olundu.

Yeni qanun cinsindən asılı olmayaraq cütlüyü ailə kimi qəbul edir.

2016-cı ildə qüvvəyə minəcək qanun eyni cinsdən olanlara övladlığa uşaq götürməyə icazə verir. Estoniyanın İnsan haqları mərkəzi bildirir ki, bu qanun Estoniyanın qonşularına, o cümlədən Rusiyaya güclü mesajdır. Rusiyada uşaqlar arasında gey təbliğatını qadağan edən qanunu Rusiya prezidenti keçən il imzaladı və bu da bütün dünyada tənqidlər doğurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG