Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:16

Müsavatçı Fərəc Kərimovun məhkəməsi təxirə salınıb


Oktyabrın 9-da Nərimanov Rayon məhkəməsində həbsdə olan Müsavat Partiyası başqanının müavini Fərəc Kərimov və onun qardaşı Sirac Kərimovun vəsatəti üzrə proses keçirilib. Müdafiə tərəfinin vəsatətində Kərimovlar haqqında çıxarılan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması istənilir.

Vəkil Nemət Kərimlinin AzadlıqRadiosuna bildirdiyinə görə, dövlət ittihamçısı prosesdə iştirak etmədiyindən məhkəmə təxirə salınıb.

Fərəc Kərimli iyulun 23-də saxlanıb, 25-də məhkəmə onun haqqında 3 aylıq həbs qərarı çıxarıb.

Daxili İşlər Nazirliyi saxlanarkən onun üzərindən narkotik maddə tapıldığı haqda məlumat yaymışdı. Bundan bir neçə gün əvvəl onun qardaşı Sirac Kərimli həbs olunmuşdu.

Müsavat Partiyası bəyanat yayaraq Fərəc Kərimlinin siyasi və bloqqer fəaliyyətinə görə həbs olunduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG