Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:43

AzadlıqRadiosunun əməkdaşı DYPİ-nə müraciət edib


Yafəz Əkrəmoğlu, AzadlıqRadiosunun əməkdaşı

Yafəz Əkrəmoğlu, AzadlıqRadiosunun əməkdaşı

AzadlıqRadiosunun əməkdaşı Yafəz Əkrəmoğlu avtomobilinin saxlanılması səbəbinə aydınlıq gətirilməsi üçün Respublika DYPİ-nə müraciət edib. Jurnalistin bildirdiyinə görə, müraciətdə ona qarşı qanunsuzluğun aradan qaldırılması xahiş olunur:

“ Artıq 5 gündür ki, avtomobilim qanunsuz olaraq əlimdən alınıb. Saxlanmanın səbəblərinə də aydınlıq gətirilmir. Avtomobilin harada saxlanması ilə bağlı da mənə sənəd təqdim olunmur. Bu sənəd olmadan məhkəməyə müraciət etmək çətinləşir. Baş verənlər məndə bəzi narahatçılıq yaradıb. Ona görə də DYPİ rəisinə müraciət ünvanladım ki, bu məsələ araşdırılsın”.

Oktyabrın 4-də Yafəz Əkrəmoğlunun avtomobili saxlanıb. Yol polisləri heç bir sənəd təqdim etmədən və səbəb göstərmədən avtomobili cərimə duracağına aparıblar. Jurnalist baş verənlərin özünə qarşı təzyiq ola biləcəyini deyir.

İndiyə kimi Yafəz Əkrəmoğlu dəfələrlə təqib, təzyiq və hədələrə məruz qalıb. O, ünvanına olan hədələrlə bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edib. Həmin orqanlara müxbiri hədələyən şəxslərin telefon nömrələri təqdim olunsa da, onlar bu təhdidlərlə bağlı indiyə kimi hər hansı tədbir görməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG