Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:02

Lukashenko ilk dəfə olaraq Rusiyanın Ukrayna siyasətini pisləyib


-

Belarus prezidenti Aleksandr Lukashenko ilk dəfə olaraq Rusiyanın Ukraynanın ərazi büytövlüyünü pozması, Avropanın xəritəsini yenidən çəkməsi əleyhinə birbaşa danışıb.

Qazaxstanın 16/12 İnternet televiziya kanalına müsahibə verən Lukashenko oktybarın 5-də deyib ki, o, Rusiyanın Avropada beynəlxalq sərhədləri yenidən çəkməsini pisləyir.

Lukashenko deyir ki, tarixə əsaslanıb, sərhədlərə yenidən baxılması bir dəfə başlansa, bunun sonu olmaycaq. Rusiyanın özü yoxa çıxa bilər, əgər Monqol-Tatar imperiyası bərpa olunsa.

Lulashenko Rusiyanın Ukrayna siyasətini tənqdi edir

LUKASHENKONUN MÜSAHİBƏSİ

“Elə isə gəlin, Batı Xan dövrünə qayıdaq. Onda biz Monqolustana və Qazaxıstana və başqa kiməsə praktiki olaraq Rusiyanın, Şərqi və Qərbi Avropanın bütün ərazisini verməli olacağıq, ola bilsin ki, Belarus istisna olmaqla. Onlar, yəni monqollar bizi də tutmaq istədi, ancaq bu olmadı. Biz sərhədləri yenidən çəkə bilmərik”.

Krım haqda Lukashenko deyib: “Biz Ukrayna dövlətinin dağıdılmasını istəmirik. Bir çox adamlar indi deyir ki, Krım vaxtilə Ukraynaya düzgün olmadan qatılıb. Bu, Rusiyanın tarixi ərazisidir və s. Bu, yanlış yanaşmadır”.

O əlavə edir ki, Avropanın indiki sərhədləri bir sıra müqavilələrlə təsdqiınir, bunlara məhəl qoymamaq olmaz.

Lukashenko Ukraynaın şərqindəki münaqişədən və Krımın anneksiytasından danışsa da onun dedikləri Rusiyanın Cənubi Osetiya və Abxaziyanı tanımasına da aiddir.

Lukashenkonun belə danışması və Qazaxıstana istinad etməsi gözlənilməzdir, çünki Belarus və Qazaxıstan Rusiya ilə birlikdə Avarsiya İttifaqını yaradır. 3 ölkənin prezidenti oktyabrın 10-da Minskdə görüşür.

Ancaq belə görünür, Rusiyanın Ukraynadakı hərəkətləri onun yaxın qonşularını bərk narahat edib.

Putin Qazaxıstan haqda avqust ayında demişdi ki, qazaxların heç vaxt dövləti olmayıb, Qazaxıstanı Nazarbayev yaradıb.

XS
SM
MD
LG