Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:02

Çində qanun pozuntusuna yol verən ulduz televiziyaya buraxılmayacaq


Çində ulduzların narkotik istifadəçisi olduğu üzə çıxsa və ya onların fahişələrin yanına getdiyini bilsələr və yaxud onları istənilən qanun pozuntusunda tutsalar, onda bu ulduzlar mediaya buraxılmaycaq.

Çin mediasına nəzarət edən qurum oktyabrın 9-da bildirib ki, qanunu pozan ulduzlar televiziyada görünə biməz və onların işlərinin yayımı dayandırılmalıdır.

China Daily qəzeti yazır ki, bu qadağa “sənayenin təmizliyini qorumaq” üçündür.

“Bu yaxınlarda ulduzuların narkotikdən istifadə etməsi, fahişələrin yanına getməsi ilə bağlı bir sıra hadisələr əyləncə sənayesinin imicinə ləkə vurdu və gənc nəslə pis nümunə verdi”.

Bir sıra məşhurlar, o cümlədən, kung fu kino ustası Jackie Chanın oğlu bu yaxınlarda narkotikə görə həbs olunmuşdu. Bu hadisələr dövlət mediasında və sosial mediada geniş yer almışdı.

XS
SM
MD
LG