Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:37

Tbilisidəki Azərbaycan mədəniyyət muzeyi memarlıq mükafatına layiq görülüb


Georgia.Tbilsi."Architecture.Award.2014"

Georgia.Tbilsi."Architecture.Award.2014"

-
Gürcüstandakı Azərbaycan memarlıq layihəsi olan Mirzə Fətəli Axundzadə adına Azərbaycan mədəniyyət muzeyi beynəlxalq müsabiqədə ən yaxşılardan biri elan edilərək “Memarlıq mükafatı 2014” mükafatına layiq görülüb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, “SOCAR Energy Georgia”nın təşəbbüs və dəstəyi ilə bərpa edilən muzeyin layihəsi Azərbaycan Memarlar İttifaqı tərəfindən müsabiqədə iştirak üçün irəli sürülüb və Gürcüstanda həyata keçirilmiş bir çox göz oxşayan memarlıq layihələri arasında “İctimai binalar (reallaşdırılmış layihələr)” nominasiyasında qalib gəlib.

Layihənin müəllifi Azərbaycanın Memarlıq və Dizayn şirkəti “M-Studio” -dur. “Memarlıq mükafatı 2014” müsabiqəsi Gürcüstan Memarlar Assosiasiyası tərəfindən təşkil edilmiş üçüncü beynəlxalq memarlıq festivalı çərçivəsində keçirilib.

“Memarlıq mükafatı 2014” mükafatı şəhərsalma, memarlıq, interyer-dizayn sahələri üzrə gerçəkləşdirilmiş və investisiya layihələrinə təqdim olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG