Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:49

-

Fəaliyyətində müvəqqəti olaraq problem yaranmış “Oda” Teatrı yeni məkana köçüb.

Teatrdan "Oxu zalı"na verilən məlumata görə, oktyabrın 11, 12 və 13-də teatr yeni məkanda ilk tamaşaların nümayişinə başlayacaq.

Oktyabrın 11-də saat 19:00-da “Arzular bağı” tamaşası, oktyabrın 12-13-də saat 19:00-da isə teatrın yeni tamaşası olan “Apokalipsis”in premyerası olacaq.

Teatr hər kəsi yeni məkanın açılış tamaşasına dəvət edir.

Yerlər məhdud olduğu üçün hər nümayiş üçün 40 bilet satışa çıxarılıb. Biletləri teatrdan əldə etmək olar.

Ünvan: Təbriz Xəlilbəyli 12 (MUM-un arxası)

Əlaqə: 050 394 48 64 və 070 219 83 33

Bir müddət əvvələcən teatr «Əlövsət Quliyev 115» ünvanında yerləşirdi. Məkanın sahibi qəfildən müqaviləni pozmuşdu. Teatrın rəhbəri Elmin Bədəlov demişdi ki, məkanın sahibinə polis təzyiq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG