Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:01

-

Oktyabrın 9-da Binəqədi rayon Məhkəməsində həbsdə olan gənc fəal Orxan Eyyubzadənin işi ilə bağlı proses davam etdirilib. Bugünkü prosesdə məhkəmə istintaqı yekunlaşıb. Söz dövlət ittihamçısına verilib. Prokuror Orxan Eyyubzadəyə 3 il iş istəyib.

Bu haqda AzadlıqRadiosuna vəkil Əshabəli Mustafayev məlumat verib. O, prokurorun Orxan Eyyubzadənin təqsirləndirildiyi maddə üzrə ən ağır cəzanı istədiyini vurğulayıb:

«Dövlət ittihamçısının özünün də dediyi kimi, hər hansı ağırlaşdırıcı-yüngülləşdirici hallar nəzərə alınmadan 3 il müddətinə cəza istəyib».

Məhkəmə oktyabrın 15-də davam edəcək. Növbəti prosesdə vəkil çıxış edəcək və O.Eyyubzadə son söz deyəcək.

Orxan Eyyubzadə bu ilin mayın 6-da NİDA fəallarına hökm oxunarkən Bakıda keçirilən etiraz aksiyasında tutulub, 20 sutka həbs cəzası alıb.

Daha sonra onun haqqında cinayət işi açılıb və həbs müddəti 1 ay daha uzadılıb.

Gənc fəal «hakimiyyət nümayəndəsinə zor tətbiq etmədə» (315.1 maddəsi) ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG