Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:13

DİN: “Partlayışda 1 nəfər ölüb, 8 nəfər yaralanıb”


Oktyabrın 8-də Binəqədi rayonunda 16 mərtəbəli binanın 1-ci mərtəbəsində baş verən parlayışda 8 nəfər yaralanıb, 1 nəfər ölüb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, partlayışa “Army” mağazası üçün inşa edilən soyuducu anbarda qaz sızması səbəb olub.

Partlayış zamanı mağazanın işçisi - Quba rayon sakini Ehtiram Əmrahov hadisə yerində keçinib. Əfşan Heydərova, Qəhrəman Ədilov, Rahim Babayev, Rüfət Eminov, Pərişan Məcidzadə, Azər Məmmədov, Kənan Namazzadə və Cəmilə Ramazanova xəstəxanaya yerləşdiriliblər.

Hadisə zamanı anbarın üstündə olan beton örtük dağılmış, yaxınlıqdakı avtomobillərə ziyan dəyib. Binanın 2-ci mərtəbəsindən 9-cu mərtəbəsinədək olan mənzillərin pəncərə şüşələri sınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG