Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:18

Krım parlamenti Sergei Aksyonovu anneksiya edilmiş yarımadanın rəhbəri seçib. Oktyabrın 9-da keçirilmiş səsvermədə 75 deputatın hamısı Aksyonovu dəstəkləyib.

41 yaşlı Aksyonov aprelin ortasından Krımın başçısı vəzifəsini icra edir. Martda keçirilmiş referendumda Krım Rusiyaya birləşməyə səs verib, ancaq Kiyev, Qərb və BMT-nin Baş Assambleyası bu səsverməni pisləyib.

Aksyonov anneksiya prosesində əsas rol oynayıb.

Ukrayna Rusiyanın tutduğu Krımı öz ərazisi sayır və Rusiya hakimiyyətinin keçirdiyi seçkiləri “qanunsuz” adlandırır.

XS
SM
MD
LG