Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:56

AB Qazaxıstanla daha sıx münasibətlər yaradır


Avropa Birliyi və Qazaxıstan daha sıx iqtisadi və siyasi münasibətlərə dair razılaşma üzrə danışıqları oktyabrın 9-da tamamlayır.

280 səhifəlik Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi üzərində 4 ildir iş gedir. Tamamlama Qazaxıstan prezidenti Nursultan Nazarbaev-in Brüsselə səfəri ilə üst-üstə düşür.

AB Qazaxıstanla əməkdaşlığı gücləndirməyə maraqlıdır. Qazaxıstan Orta Asiyada ən böyük iqtisadiyyatdır və Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyində Rusiyanın əsas tərəfdaşıdır.

Nazarbaev keçmiş sovet ölkələri ilə iqtisadi inteqrasiyanı Çin və Qərblə güclü münasibətlərlə balanslaşdırmağa çalışır.

Sazişin gələn aylarda paraflanması və gələn il imzalanması gözlənir.

Bu sazişin AB ilə Qazaxıstan arasında münasibətləri daha da yaxınlaşdıracağı gözlənir. Moskva ilə oxşar saziş enerji bazarına çıxış, Ukrayna münaqişəsi ilə bağlı məsələlər üzündən yubanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG