Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:13

İlham Əliyev: “Biz neftin qiymətinin düşməsinə hazır olmalıyıq”


İlham Əliyev

İlham Əliyev

“Dövlət büdcəsinin müəyyən hissəsi Neft Fondunun transfertləri hesabına təmin edilir. Neftin qiyməti aşağı düşüb, ona görə hökumət büdcədə neftin qiymətini düzgün müəyyən etməlidir. Azərbaycanda o qədər böyük iqtisadi və maliyyə potensialı yaranmışdır ki, inanmıram, neftin qiymətinin düşməsi bizə ciddi təsir göstərsin. Amma hər halda biz buna hazır olmalıyıq. Çünki dünya iqtisadiyyatı hələ ki, böhrandan çıxmayıb. Digər amillər var ki, neftin ucuzlaşmasına təkan verir. Biz bütün bunları nəzərə almalıyıq və investisiya proqramlarımızı buna uyğun şəkildə tutmalıyıq”.

Bu sözləri prezident İlham Əliyev 2014-cü ilin 9 ayının yekunlarına dair Nazirlər kabinetinin iclasında deyib. Prezident bildirib ki, neftin qiymətinin düşməsi ilə bağlı müfaviq tapşırıqlar verib. Gələn ilin dövlət büdcəsində ilk növbədə sosial məsələlər – sosial təminat, hərbi xərclər və infrastruktur layihələrinin tam şəkildə öz həllini tapacağını vurğulayıb:

“Biz ixrac potensialımızı artırmalıyıq. Bu məsələlərlə bağlı çox böyük işlər görülüb. Əvvəlki dövrdə və hazırda bu sahədə görülən işlər deməyə əsas verir ki, biz buna nail olacağıq. Çünki ilk növbədə islahatlar aparılır və kənd təsərrüfatının inkişafı üçün müasir yanaşma tətbiq edilməlidir. Biz texnika ilə təmin edirik. Həm dövlət büdcəsi, həm də Prezidentin ehtiyat fondunun hesabına müasir kənd təsərrüfatı texnikası alınıb gətirilir. Müasir elmin nəticələri Azərbaycanda tətbiq olunmalıdır”.

Prezident 2015-ci ilin dövlət büdcəsinin hazır olduğunu, müzakirələr aparıldığını da bildirib. Deyib ki, tezliklə gələn ilin büdcəsi milli məclisə təqdim ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG