Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:56

Pakistanda Qurban bayramında 21 nəfər saxta içkiyə qurban oldu


Arxiv foto

Arxiv foto

Pakistanın Karaçi şəhərində 21 nəfər evdə düzəldilmiş alkoqoldan ölüb. Frans Press agentliyinin məlumatına görə, qurbanlarda çoxu alkoqolu Qurban bayramını qeyd edirkən içib.

“Ötən gecədən (7 oktyabr) 21 nəfər toksik maddə qəbulundan ölüb,” bunu Karaçidə Jinnah xəstəxanasının həkimi Seemi Jamali Frans Press-ə deyib.

Onun sözlərinə görə, ağır vəziyyətdə, huşsuz olan 22 nəfərin həyatını xilas etməyə çalışırlar.

Sahə polisinin rəhbəri Akhtar Farooq deyib ki, onlar qanunsuz likör fabriklərində reydlər keçirib, 3 şübhəlini həbs edib, əldəqayırma spirtli içki aşkarlayıblar.

Pakistanda qanuni içki zavodları var, ancaq müsəlmanlara alkoqol satışı qadağandır. Azlıqlar və xaricilərə satış isə qanunla tənzimlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG