Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:28

ABŞ polisinin qaradərilini öldürməsi etirazlara səbəb olub


ABŞ polisi qaradərililərə qarşı müqavimət göstərir

ABŞ polisi qaradərililərə qarşı müqavimət göstərir

ABŞ-ın St. Louis şəhərində vəzifə başında olmayan polisin qaradərili gənci öldürməsi qəzəbli nümayişlərə səbəb olub. Hadisə Missuri ştatının Ferqyuson şəhərinin yaxınlığında baş verib. Avqustun 9-da burada 18 yaşlı qaradərili gəncin öldürülməsi bir neçə həftə zorakı etirazlara səbəb olub.

St. Louis polisi bildirir ki, şübhəli təqib olunduqdan sonra polisə atəş açıb və cavab atəşi ilə öldürülüb.

Həmin zabit özəl təhlükəsizlik şirkəti üçün işləyib, lakin şəhər polisinin formasını geyinib.

Polis bir tapançanın tapıldığını bildirir. Həmin şəxsin qohumları isə onun silahsız vəziyyətdə öldürüldüyünü deyir.

Hadisədən sonra təxminən 200 etirazçı nümayişə çıxıb.

Etirazçılar polisə qışqırıb, bəziləri iki polis maşınını yumruqlayıb və təpikləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG