Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:31

5 əfqan zorlamaya görə edam olundu


Zorlamağa görə məhkum edilmiş beş əfqan oktyabrın 8-də Kabildə həbsxanada edam olunub. Onların beşi də avqustda Kabil kənarında toydan qayıdan qadınları oğurlayıb zorlamaqda ittiham olunurdu.

Bu zorlama hadisəsi üzrə məhkəmə əfqan televiziyasında canlı yayımlananda məhkəmə önündə etiraz aksiyaları keçirilib.

İnsan haqları qrupları o vaxtkı prezident Hamid Karzai-ni edamı dayandırmağa çağırırdı. Onlar yetərli dəlilin olmamasını əsas gətirirdilər.

Ancaq Karzai həmin şəxslərin məhkəməsi bitməzdən öncə asılmaqlarını istəyirdi və ölüm hökmünü sentyabrın 27-də, vəzifədə olduğu sonuncu gün imzaladı.

Günün bütün mövzuları

XS
SM
MD
LG