Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:07

İslam Dövləti (İD) yaraqlıları İraqın şimalında Baiji neft emalı şəhəri yaxınlığında İraq hərbi vertolyotunu vurub. Bağdad rəsmilərinin yaydığı xəbərə görə hadisədə iki pilot həlak olub. Bu həftə İD yaraqlıları artıq İraqın ikinci hərbi vertolyotunu vurur.

Rəsmilərin sözlərinə görə, yaraqlılar ABŞ istehsalı olan Bell 407 vertolyotunu çiyindən atılan raketlə vurublar.

Oktyabrın 3-də yaraqlılar Baiji yaxınlığında Rusiya istehsalı olan Mi-35 nəqliyyat-hücum vertolyotunu vurub, pilot və köməkçisi həlak olub.

İD iyunda Baijini ələ keçirib. Yaraqlılar aylardır hökumət qüvvələri ilə döyüşür. Onlar Baiji yaxınlığında böyük neft emalı zavodunu ələ keçirməyə çalışırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG