Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:11

Ukraynada “dondurulmuş münaqişə” Avropada sabitliyi poza bilər


Ukrayna Avropa Birliyini rusiyayönlü separatçıların ölkənin şərqində de fakto ölkə yaratmasını qəbul etməməyə səsləyib. Bu Avropada sabitliyi poza bilər.

Xarici işlər naziri Pavlo Klimkin-in fikrincə, Moskva separatçıları noyabr ayında Donetsk və Luqanskda seçki keçirmək fikrindən daşındırmalıdır. Klimkin Brüsseldə Reuters-ə dediklərinə əsasən, yerli əhali dekabrda Kiyevin təşkil edəcəyi yerli seçkilərdə səs versə, daha yaxşı olar.

Klimkin bildirib ki, Donetsk və Luqanskda yaraqlıların keçirəcəyi “saxta seçkilər” Ukraynanın Dnestryanı və ya Abxaziya kimi uzun-müddətli “dondurulmuş münaqişə”yə çevrildiyi fikirlərini gücləndirəcək.

Klimkin Qərbi Avropa dövlətlərini Rusiyaya iqtisadi sanksiyaları gücləndirmək üçün “şantaj etmək”,və ya NATO-nun Kiyevə qeyri-hərbi yardımı artırmasına nail olmaq niyyətində olmadığını vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG