Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:23

Ombudsman əməkdaşları həbsdəki hüquqmüdafiəçiləri ilə görüşüb


Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri həbsdə olan hüquq müdafiəçiləri Leyla Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov, İlqar Məmmədov və Anar Məmmədli ilə görüşüblər.

Bu barədə Ombudsman Aparatının mətbuat xidməti məlumat yayıb. Görüş zamanı həmin şəxslərin saxlanılma şəraiti və onlarla rəftarın vəziyyəti araşdırılıb.

Məlumatda qeyd olunur ki, onlar Bakı 2 saylı cəzaçəkmə müəssisəsinin karantin otağında saxlanılan İlqar Məmmədovla da görüşüb, onun vəziyyətini araşdırıblar. Görüş zamanı İ.Məmmədov burada hansısa pis rəftara məruz qalmadığını bildirib.

Görüşdə qaldırdığı məsələlərin araşdırılması və qanunvericilik üzrə tədbir görülməsi üçün Ombudsman Ədliyyə Nazirliyinin rəhbərliyinə müraciət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG