Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:58

Çexiyada iki etirazçı baş naziri Rusiyaya qarşı cəsarət göstərməyə çağırıb


Sobotka
Sobotka

Praqada hökumətin Rusiya siyasətinə etiraz edən iki nümayişçi Çexiya baş naziri Bohuslav Sobotkanı Rusiya prezidenti Putinə qarşı cəsarət göstərməyə çağırıb.

Sobotka oktyabrın 8-də ofisindən çıxıb mətbuat konfransına gedərkən həmin iki etirazçı köynəklərini çıxarıblar, bədənlərində isə şüarlar yazılıb : “Putinlə birlikdə olma!” , “Azadlığı qoru!”.

Onlar həmçinin vərəqələr yayıblar ki, “Ukraynanın köməyə ehtiyacı var”. Etirazçılar baş naziri Rusiya ilə iş görən Çexiya şirkətlərinin lobbiçilərinə uymamağa çağlırıblar.

XS
SM
MD
LG