Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:07

Nyu-Yorkda «Azərbaycan Evi» açıldı


“Azərbaycan Evi”,Bruklin,Nyu-York
“Azərbaycan Evi”,Bruklin,Nyu-York

-
“Məqsədimiz Nyu-Yorkda, əsasən də Bruklində yaşayan azərbaycanlılar, digər türkdilli icmaların nümayəndələri, eləcə də, Azərbaycan yəhudiləri arasında əlaqələlərin möhkəmlənməsini təmin etmək, onların vətən həsrətini paylaşması üçün şərait yaratmaq, həm də milli adət-ənənələrimizi yaşatmaqdır”.

Bu sözləri Azərbaycan Amerika Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabova ABŞ-ın Nyu-York şəhərinin Bruklin səmtində açılan “Azərbaycan Evi” nin (“Azerbaijan House”) təqdimatında səsləndirib.

Açılış mərasimində çıxış edən Münəvvər Vahabova “Azərbaycan Evi”ni azərbaycanlılar, eləcə də digər türkdilli xalqların toplaşacağı mədəniyyət mərkəzinə çevirmək niyyətində olduğunu bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı xəbərə görə, “Azərbaycan Evi”nin açılış mərasimində Nyu-Yorkdakı Azərbaycan, türk, yəhudi cəmiyyətlərinin təmsilçiləri, Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndələri Emil Səfərov, Vüsalə Muradəliyeva, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin təmsilçisi Fərid Cəbrayılov və digəriləri iştirak edib.

Münəvvər Vahabova hesab edir ki, burada yaradılmış Azərbaycan ab-havası nəinki azərbaycanlıları, eyni zamanda Bruklindəki Azərbaycan yəhudilərini, rusları cəlb edəcək.

Təşkilat rəhbəri bu fikirdədir ki, “Azərbaycan Evi”ndə milli mətbəximizin əvəzolunmaz təamlarının təqdim edilməsi Azərbaycan mədəniyyətini ABŞ-da tanıtmaq istiqmətində müəyyən rol oynaya bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG