Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:50

Bakıda «Böyük İpək Yolunda Tekstil» sərgisi açılır


“Böyük İpək Yolunda Tekstil” sərgisi

“Böyük İpək Yolunda Tekstil” sərgisi

-

Oktyabrın 10 -dan noyabrın 8 -dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzinin Sərgi Qalereyasında Rusiya Etnoqrafiya muzeyinin külliyyatından (Sankt- Peterburq) "Qafqazın və Mərkəzi Asiyanın ənənəvi tekstili-Böyük İpək yolunun mirası" adlı sərgi keçiriləcək.

Sərginin açılış mərasimi oktyabrın 10-da saat 18:00-də Muzey Mərkəzinin Dairəvi zalında baş tutacaq.

"Qafqazın və Mərkəzi Asiyanın ənənəvi tekstili - Böyük İpək yolunun mirası" sərgisi həmin ərazinin tekstil sənətkarlığına həsr edilib.

Sərgidə 350-yə yaxın əşya (toxuculuq alətləri və maşınları, kostyum kompleksləri, interyer əşyaları, minik və yük heyvanları, parça nümunələri, xalça və naxışlar, toy mərasimi atributları, islam ayinlərinə məxsus əşyalar və s.) sərgilənəcək.

Mərkəzi Asiya xalqlarının toy mərasiminin unikal atributları, o cümlədən yenicə ailə quranlar üçün qurama pərdələr, naxışlı yataqüstü örtüklər, bayraq və noqay toy çadırı üçün bəzəklər, hədiyyə əşyaları da nümayiş olunacaq.

Sərginin materialları artıq 2012-ci ildə İspaniyadakı Valensiya muzeyində, 2014-cü ilin yayında - Qazaxstan Respublikasının paytaxtı Astana şəhərində sərgilənib.

Böyük İpək yolu - Çin və Qərbi Avropanı bir-birinə bağlayan, iki min il bundan öncə qədim və yeni eraların ayırıcında meydana gəlmiş ticari magistral sistemdir.

Böyük İpək yolu ilə müxtəlif istiqamətlərdə yüzilliklər ərzində müxtəlif çeşidli mədəni dəyərlər daşınırdı. Karvan ticarətinin əsas marşrutu Şimali Əfqanıstan və Orta Asiya, İran, Azərbaycan və Ermənistan, Kiçik Asiya və Levant ərazilərindən keçirdi.

Baş magistralla yanaşı, Altay və qazax çöllərindən Cənubi Ural, Aşağı Povoljye və Şimali Qara dəniz ərazilərinə aparan çöl yolu da fəaliyyət göstərirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG