Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:05

AŞ missiyasının seçkilərə dair hesabat hazırlayacağı məlum deyil


Avropa Şurasının Baş qərargahı

Avropa Şurasının Baş qərargahı

Oktyabrın 6-da keçiriləcək təkrar, əlavə və yeni bələdiyyə seçkilərini izləyəcək Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Müşahidə Missiyası Bakıda görüşlərə başlayıb. 9 nəfərdən ibarət nümayəndə heyəti oktyabrın 4-5-də hökumət rəsmiləri, o cümlədən, parlament və MSK rəhbərliyi, siyasi partiya liderləri, seçkiləri izləyəcək digər müşahidəçilərlə görüşəcəklər.

Rumıniyadan Lüdmila Stirloaqanın rəhbərlik etdiyi Müşahidə Missiyası seçkiyə hazırlıq və keçirilməsi ilə bağlı fikirlərini mətbuatla oktyabrın 7-də bölüşəcək.


Avropa Şurasının Bakıdakı Ofisindən isə bildiriblər ki, missiyanın seçkilərlə bağlı hesabat hazırlayacağı məlum deyil.


Bir müddət əvvəl Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi bəyan etmişdi ki, ilin sonunadək nəticəsi ləğv olunmuş 100-dən artıq bələdiyyəyə təkrar seçki keçirilməsə və Azərbaycanın bu qurumdakı nümayəndə heyəti tam tərkibdə formalaşdırılmasa, onun səlahiyyətləri dayandırıla bilər. Az sonra MSK oktyabrın 6-da təkrar, əlavə və yeni seçkilərin keçirilməsi haqda qərar verdi.


Ümumilikdə seçkiləri izləyəcək beynəlxalq müşahidəçilərin sayı 31 nəfərdir. MSK-dan verilən məlumata görə, seçkiləri Azərbaycandakı diplomatik korpusların və beynəlxalq təşkilatların Bakı nümayəndəlikləri də müşahidə edəcəklər.


Yerli müşahidəçilərin sayı 8 mindən artıqdır. Onların 179 nəfəri MSK-da, 8416 isə Dairə Seçki Komissiyalarında qeydiyyatdan keçib.


Günün bütün mövzuları

XS
SM
MD
LG