Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:18

Dünyanın ən qədim mahnısı bərpa olundu - Dinlə


-

1950-ci ildə arxeoloqlar qədim Uqarit şəhərindəki (hazırda Suriya ərazisindədir) qazıntılar zamanı miladdan 1400 il əvvələ aid gil lövhələr tapdılar.

Lövhələrin üzərində hurrit dilində mixi yazılar vardı. Sonradan məlum olur ki, bu, şumer allahını öyən nəğmədir.

Bundan sonra daha bir neçə belə lövhə və o dövrün musiqisinin nəzəriyyəsini anladan mətnlər tapılır. Bunlar indiyəcən tapılmış ən qədim musiqi parçalarıdır.

Richard Fink-in 1988-ci ildə “Archeologia Musicalis”dəkı məqaləsində yazdığına görə, mixi yazıların bu günün musiqi dilinə köçürülməsi göstərir ki, harmoniya və 7 notluq diatonika 3400 il əvvəl də mövcud olub. (Ardı aşağıda)

Onun fikrincə, bu, hazırkı Qərb musiqisinin kökləri haqda nəzəriyyəni alt-üst edir, yəni harmoniya və diatonikanın qədim Yunanıstanda yaranması haqda fikirləri.

Aşağıda 3400 il əvvəl şumerlərin bəstələdiyi nəğməyə qulaq as. Hərçənd nəğmə müasir musiqi alətində (midi) ifa olunur və sürəti, ritmi o dövrdəkindən fərqlənə bilər. Bu musiqi parçası bizə sadəcə, o dövrün nəğməsinin necə səslənə biləcəyini təsəvvür etmək imkanı verir.

openculture-ya istinadla Oxu zalı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG