Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:28

Avropa Komissiyasının fikrincə, birliyə üzv olmaqda ən çox iş görən Monteneqrodur


Montenegro, Sveti Stefan kurortu

Montenegro, Sveti Stefan kurortu

Avropa Komissiyası bildirir ki, korrupsiya və mətbuat azadlığına məhdudiyyətlər Balkan ölkələrinin Avropa Birliyinə üzv olmaq müraciətlərini laxladır.

Oktybarın 8-də Avropa Komissiyası Qərbi Balkan ölkələrinin gördüyü işlərin qiymətləndirməsini elan edib.

Hesabatda deyilir ki, Qərbi Balkan ölkələri arasında Avropa Birliyinə üzvlüyə ən yaxını Monteneqrodur.

Ancaq Monteneqro ədliyyə sistemində islahatlarda daha çox irəliləyiş etməlidir. Yoxsa üzvlük danışıqları ləngiyəcək.

Serbiya korrupsiya ilə mübarizəyə böyük siyasi təkan verib, ancaq korrupsiya hələ bir çox sahələrdə qalır.

Hesabatda Serbiyaya irad tutulur ki, Serbiya Avropa Birliyinin Rusiyaya qarşı sanskiyalarının ardınca getmək istəmir. Bu da Serbiyanın Birliyə üzvlüyünə mane olur.

Ancaq Serbiyanın ən çox narazılıq doğuran sahəsi media azadlığıdır.

Bosniyaya iradlar siyahısı uzundur. Bosniya vətənbdaş cəmiyyəti ilə hökumətin dialoqa getməməyindən tutmuş ədliyyə sitemində islahatlara, mütəşəkkil cinayətkarlıqla mübarizəyəcən bir çox sahələrdə tənqid olunur.

Kosovo da Avropa Birliyinə üzv olmaq istəyir, ancaq burda da korrupsiya və ədliyyə sisteminin müstəqil olmaması Avropa Birliyinin nrazılığını doğurur.

Günün bütün mövzuları

XS
SM
MD
LG