Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:00

Bakı İcra Hakimiyyəti Milli Şuranın mitinqinə razılıq verdi


-

Milli Şuranın oktyabrın 12-nə təyin etdiyi mitinqə Bakı şəhər İcra Hakimiyyəti razılıq verib.

Bu barədə AzadlıqRadiosuna Bakı şəhər İcra Hakimiyyəti ictimai-siyasi şöbəsinin müdiri Zaur Ramazanov məlumat verib.

Onun dediyinə görə, icra hakimiyyəti mitinqin metronun «İnşaatçılar» stansiyası yaxınlığındakı «Məhsul» stadionunda keçirilməsinə razılıq verib.

Milli Şuranın Koordinasiya Mərkəzi sentyabrın 30-da keçirdiyi yığıncağında siyasi mitinq keçirilməsinə qərar verib. Mitinq təqiblərə son qoyulması və siyasi məhbusların dərhal azadlığa buraxılması tələbi ilə keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG