Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:21

-

“Həpsi rengidir” misralarının müəllifi Səməd Mənsurun 135 illiyi qeyd ediləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, XX əsr Azərbaycan ədəbiyyatının yetişdirdiyi qüdrətli sənətkarlardan olan Səməd Mənsurun 135 illik yubileyi Əmircan qəsəbə Mədəniyyət evində keçiriləcək.

Tədbir oktyabrın 10-da, saat 12.00-də başlayacaq.

Səməd Mənsur Kazımov 1879-cu ildə Bakının Əmircan kəndində doğulub.

İlk təhsilini rus-müsəlman məktəbində alıb.

Səməd Mənsur 1905-ci ildən şeirləri ilə mətbuatda çıxış edib, 1918-ci ildə "Şeypur" jurnalında baş mühərrir olub, "Molla Nəsrəddin"də ədəbi parçalar, "Bəsirət" və "Tuti"də şeirlər çap etdirib, xırda pyeslər yazıb.

Bakının bir sıra mədəni-maarif cəmiyyətlərinin, teatr truppalarının rəhbərlərindən olub.

O, 1927-ci il yanvarın 3-də cəmi 48 yaşında faciəvi şəkildə Bakıda dünyadan köçüb.

Araşdırıcıların “dövrün mənzum tablosu” adlandırdıqları, bolşevik rejiminin iç üzünü açan «Həpsi rəngidir» şeiri zamanında dillər əzbəri olub:

Uyma ey dil, xəlqdə yoxdur sədaqət, rəngidir,

Məscidü-meyxanə rəng, eyşü-ibadət rəngidir.

Mey riya, məşuqə ğəşş, hüsnü vəcahət rəngidir,

Rəngdir hər dürlü matəm, hər məsərrət rəngidir.

Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngidir...

Günün bütün mövzuları

XS
SM
MD
LG